• cümə, 29 Mart, 02:55
  • Baku Bakı 7°C

Vladimir Putinin Bakıya səfəri Rusiya və Azərbaycanın tərəfdaşlıq əlaqələrini gücləndirəcək

25.09.18 16:00 486
Vladimir Putinin Bakıya səfəri Rusiya və Azərbaycanın tərəfdaşlıq əlaqələrini gücləndirəcək
Bu gün Rusiya-Azərbaycan münasibətlərini çox uğurlu və dinamik inkişaf edən kimi xarakterizə etmək olar və Rusiya ilə Azərbaycan liderlərinin tez-tez keçirilən görüşləri bunu təsdiq edir.
Bu sözləri Trend-ə rusiyalı ekspert Andrey İvanov Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ərəfəsində deyib.
Onun sözlərinə görə, bunun əsas səbəbi ondadır ki, münasibətlər qarşılıqlı səmərəli əsasda, bütün məsələlərlə bağlı bir-birinin suveren seçiminə tam hörmət şəraitində qurulur:
"Moskva ilə Bakı arasında bu gün ziddiyyət yoxdur və bu, böyük nailiyyətdir. Bundan əlavə, son zamanlarda iki ölkənin iri geosiyasi layihələrdə iştirakı ilə bağlı vacib irəliləyişlər qeydə alınıb. Buraya Xəzərin statusu barədə Konvensiyanı, Moskva-Bakı-Ankara və Moskva-Bakı-Tehran siyasi xətlərini aid etmək olar. Bu, Dağlıq Qarabağ kimi mürəkkəb problemlərin həlli üçün də imkanlar yaradır”.
O qeyd edib ki, Rusiya və Azərbaycan bu problemin beynəlxalq hüquq əsasında həlli prinsiplərinə sadiqdir:
"Əlbəttə, bu, tez həll edilməsi mümkün olmayan çox mürəkkəb prosesdir. Amma vurğulamaq lazımdır ki, regionda qarşılıqlı münasibətlərin dinamikası bu mürəkkəb məsələnin həllində irəliləmənin mümkün ola biləcəyini göstərir”.
Ekspert qeyd edib ki, hər iki tərəf "Şimal-Cənub” nəqliyyat dəhlizi kimi irimiqyaslı layihənin reallaşdırılmasında maraqlıdır:
"Bu yol asiyalı istehsalçıları avropalı müştərilərlə əlaqələndirəcək və Süveyş kanalından keçən marşrutdan iki dəfə qısa olacaq. Fikrimcə, bu layihə tərəflərin bir-birinə olan etimadı nümayiş etdirir. Çünki infrastrukturun tikintisi üçün çoxlu vəsait tələb olunur, Azərbaycan isə öz ərazisində bütün zəruri infrastrukturu başa çatdırıb. Bu onu göstərir ki, Azərbaycan öz tərəfdaşlarına etibar edir”.
A.İvanov əlavə edib ki, layihə bütün marşrutun təhlükəsizliyi üçün yeni tələblər irəli sürür, bu isə o deməkdir ki, Dağlıq Qarabağ məsələsinin həlli daha intensiv rejimdə həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər