AZE | RUS | ENG |

Vladimir Putin Yuli Qusmanı 75 illik yubileyi münasibətilə təbrik edib

Vladimir Putin Yuli Qusmanı 75 illik yubileyi münasibətilə təbrik edib
Rusiyanın dövlət başçısı Vladimir Putin 75 illik yubileyi münasibətilə Azərbaycanın Xalq Artisti, Rusiyanın Əməkdar İncəsənət Xadimi, məşhur rejissor Yuli Qusmana təbrik teleqramı göndərib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Putin teleqramda səxavətli, çoxtərəfli istedada malik Yuli Qusmanın uğurlu fəaliyyət göstərdiyini, maraqlı, parlaq layihələrdə iştirak etdiyini və ictimai fəaliyyətlə məşğul olduğunu vurğulayıb, rejissora cansağlığı və uğurlar arzulayıb.

Bundan əvvəl Rusiyanın Baş naziri Dmitri Medvedyev də Y.Qusmanı təbrik etmişdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il il 1 avqust tarixli Sərəncamı ilə Azərbaycan-Rusiya arasında mədəni əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Yuli Solomonoviç Qusmanı "Dostluq” ordeni ilə təltif edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9254
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1261
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7124
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3170