• cümə axşamı, 18 aprel, 22:23
  • Baku Bakı 21°C

Vladimir Putin və Bəşər Əsəd görüşüblər

21.11.17 11:20 2843
Vladimir Putin və Bəşər Əsəd görüşüblər
Rusiyanın dövlət başçısıVladimir PutinSuriyaprezidentiBəşər Əsədlə görüşüb.

APA-nın "TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, görüş noyabrın 20-də Soçidə baş tutub.Görüşdə bildirilib ki, artıqSuriyada hərbi əməliyyatlar tamamlanmaq üzrədir.

Görüşdə terror probleminin qlobal xarakter daşıdığına işarə edən V. Putin bildirib ki, terrorla mübarizədə tam qələbə üçün hələ çox var. AncaqSuriyada bu istiqamətdə hərbi əməliyyatlar yekunlaşır.

PutinSuriyanın sülh istəyən dövlətlərlə siyasi əməkdaşlığa hazır olduğunu qeyd edib.

Son illərSuriyada terrorçularla mübarizədə uğurlar əldə edildiyini,ölkənin ərazi bütövlüyü və müstəqilliyini qorumağa müvəffəq olduqlarını vurğulayanBəşər Əsədisə bildirib ki,Suriyanın əsas hissəsi terrorçulardan azad edilib: "Həmin yerləri tərk etməyə məcbur olansuriyalılar artıq geri qayıdıb”.

Siyasi inkişaf baxımından Rusiyanın köməyinə ümid etdiyini qeyd edən Əsəd deyib ki,Suriyaxalqı artıq geriyə baxmaq istəmir: "Kim bizimlə siyasi əməkdaşlıq qurmaq istəyirsə, onlarla dialoqlar aparmağa hazırıq”.

Qeyd edək ki, noyabrın 22-də Rusiyanın Soçi şəhərində Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısıVladimir Putinvə İran PrezidentiHəsən RuhaniSuriyadakı vəziyyətlə əlaqədar üçtərəfli görüş keçirəcəklər.
banner

Oxşar Xəbərlər