• şənbə, 20 Aprel, 09:44
  • Baku Bakı 14°C

Vladimir Putin “RİA Novosti”nin ləğv olunmasına sərəncam verdi

09.12.13 10:14 1087
Vladimir Putin “RİA Novosti”nin ləğv olunmasına sərəncam verdi
APA-nın verdiyi məlumata görə, prezidentin sərəncamına əsasən, “RİA Novosti” informasiya agentliyi ləğv olunaraq onun bazasında “Rossiya seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır.
Sərəncamda yeni yaradılacaq informasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaq olduğu yazılıb. “Rossiya seqodnya”nın baş direktoru Rusiya prezidenti tərəfindən vəzifəyə təyin olunacaq. Agentliyin binası hazırda “RİA Novosti”nin yerləşdiyi bina kompleksi olacaq.
Prezidentin növbəti sərəncamı ilə Rossiya 1 telekanalının aparıcısı Dmitri Kiselyov “Rossiya Seqodnya" agentliyinin baş direktoru təyin olunub.
banner

Oxşar Xəbərlər