• çərşənbə, 24 Aprel, 21:43
  • Baku Bakı 23°C

Vladimir Putin İlham Əliyevə məktub göndərib

04.04.17 14:00 783
Vladimir Putin İlham Əliyevə məktub göndərib
Rusiya prezidentiVladimir PutinRusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə Azərbaycan prezidentiİlham Əliyevə məktub göndərib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin saytında yer alan məktubda deyilir:
"Əminəm ki, birgə səylərlə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji əməkdaşlığı bundan sonra da aktiv inkişaf etdirəcəyik. Bu, dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqazda və onun hüdudlarında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir".
Putin qeyd edib ki, ötən 25 ildə Rusiya və Azərbaycan xalqlarını bir-birinə bağlayan ənənəvi dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamaq və inkişaf etdirmək mümkün olub: "Məzmunlu siyasi dialoqun, aktiv parlamentlərarası və regionlararası əməkdaşlığın əsası qoyulub. İqtisadi-ticarət, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti institutları arasında təmaslar genişləndirilir".
Rusiya dövlət başçısı bildirib ki, Moskva ilə Bakı aktual regional və beynəlxalq məsələlərin həllində səylərini koordinasiya edir, beynəlxalq strukturlar çərçivəsində faydalı tərəfdaşlıq edir. Rusiya prezidenti azərbaycanlı həmkarıİlham Əliyevə möhkəm can sağlığı və uğurlar, Azərbaycan vətəndaşlarına rifah və firavanlıq arzulayıb.
banner

Oxşar Xəbərlər