AZE | RUS | ENG |

Vladimir Putin Həbib Nurməhəmmədovu qələbə münasibətilə təbrik edib

Vladimir Putin Həbib Nurməhəmmədovu qələbə münasibətilə təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Həbib Nurməhəmmədova zəng edərək onu Konor Makqreqor üzərində qazandığı qələbə münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, bu barədə döyüşdən sonra keçirdiyi mətbuat konfransında rusiyalı idmançı özü bildirib.

Xatırladaq ki, bu gün qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Dağıstanlı idmançı dördüncü raundda hakimlərin yekdil qərarı ilə Makqreqor üzərində qələbə qazanıb. UFC bu döyüşdən 17 milyon dollar gəlir əldə edib. Döyüşü "T-Mobile Arena”da 20 mindən çox azarkeş canlı izləyib.

UFC-nın prezidenti Dana Uayt döyüşdən sonra zalda yaranmış qalmaqala münasibət bildirərkən deyib ki, Həbib yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər: "O, cərimə və ya diskvalifikasiya oluna bilər. Əgər diskvalifikasiya uzunmüddətli olacaqsa, biz onu çempion titulundan məhrum edəcəyik. Əlbəttə ki, sanksiyalar olacaq”.

UFC prezidenti, həmçinin qeyd edib ki, araşdırmanın sonuna qədər rusiyalı idmançı döyüşə görə nəzərdə tutulan iki milyon dollar məbləğində qonorarı almayacaq. İdmançıya, həmçinin televiziya yayımından əldə olunan gəlirdən faiz də ödənilməyə bilər.

Həbib Nurməhəmmədov döyüşdən sonrakı hərəkətinə görə üzr istəyib, peşman olduğunu deyib: "Bu, mənim pis hərəkətim idi. Niyə hamı bu barədə danışır? Konorun döyüşdən əvvəl söylədiklərini hamı bilir. O, mənim dinim, ölkəm, atam barədə danışdı, avtobusa hücum etdi, bəs buna nə deyərdiniz?”.

İdmançı əlavə edib ki, çempionluq kəməri hələ ondadır: "Mən artıq məğlubedilməz çempionam”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9322
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1445
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7104
KWD 1 1 Küveyt dinarı 5.5882
TRY 1 1 Türkiyə lirəsi 0.3173