• cümə, 19 Aprel, 21:41
  • Baku Bakı 24°C

Vladimir Putin bu gün Mahmud Abbasla görüşəcək

12.02.18 09:30 472
Vladimir Putin bu gün Mahmud Abbasla görüşəcək
Rusiya prezidentiVladimir Putinfevralın 12-də Moskvada Fələstin lideri Mahmud Abbasla görüşəcək.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, fevralın 11-də Soçidə keçiriləcəyi gözlənilən görüşün vaxtı və yeri təyyarə qəzası səbəbindən dəyişdirilib.
Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, görüşün əsas mövzusunun İsrail-Fələstin nizamlanmasının yeni çoxtərəfli formatının yaradılması məsələsi olacağı gözlənilir.
Onun sözlərinə görə, görüşdə həmçinin Fələstinə iqtisadi dəstəyin genişləndirilməsi məsələsi müzakirə ediləcəyi planlaşdırılır.
banner

Oxşar Xəbərlər