• cümə, 29 Mart, 09:48
  • Baku Bakı 5°C

Vladimir Putin: “755 ABŞ diplomatı Rusiyanı tərk etməli olacaq”

30.07.17 22:18 1304
Vladimir Putin: “755 ABŞ diplomatı Rusiyanı tərk etməli olacaq”
ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq.
APA-nın "Vesti.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentiVladimir Putinbəyan edib.
"ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkənitərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, deyə V.Putin bildirib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.
banner

Oxşar Xəbərlər