Viza rejimin ləğvi turizm sektoruna necə təsir edəcək?
Sentyabr ayının
1-dən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rüsumunu
ləğv edəcək. Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşü zamanı deyib. O bildirib
ki, prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları
Azərbaycana vizasız səfər edə biləcəklər. Qeyd edək ki, Azərbaycan vətəndaşları
Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün
viza tələb olunurdu. Şübhəsiz, sözügedən qərar iki ölkə arasında dostluq və
qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində böyük rol oynayacaq. Bəs
görəsən, viza rejiminin ləğvi ölkəmizdə yeni-yeni inkişaf edən turizm sektoruna
necə təsir edəcək?
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov viza rejiminin aradan qaldırılmasını təqdirəlayiq hal kimi qiymətləndirir: "Hər il Azərbaycandan Türkiyəyə çoxlu sayda turist axın edir. Bunun əsas səbəbi də iki ölkə arasında viza rejiminin olmaması ilə bağlıdır. Hesab edirəm ki, bu qərar Türkiyədən Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bu məsələni bir qədər də sürətləndirə bilər. Gələcəkdə Türkiyədən bu yolla Azərbaycana böyük turist axını gözlənilir. Viza rejiminin aradan qaldırılması turizm potensialının genişlənməsi və ölkə iqtisadiyyatının inkişafı baxımından vacib məsələdir. Bunun həm də mənəvi tərəfləri var. Türkiyə ilə Azərbaycan arasında dostluq, ticarət əlaqələri daha da dərinləşəcək. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri bu məsələni diqqətdə saxlamalıdır. Türkiyəli turistlərin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Turizmin ən çox inkişaf etdiyi ölkələrdən biri də Türkiyədir. Ona görə də, biz türkiyəli qonaqlarımız üçün turizmin bütün növlərini təqdim etməliyik. Azərbaycan mətbəxi ümumtürk dünyasında birinci yerdədir. Türkiyəli turistlərin diqqətini bu sahəyə çəkmək olar. Milli musiqi festivalları, mədəni-tarixi abidələrimizə, regionlara ekskursiyalar təşkil etməklə ümumtürk mədəniyyəti ilə yaxından tanışlıq iki ölkə arasındakı qardaşlıq münasibətlərinə müsbət təsir göstərəcək. Türkiyənin turizm potensialı çox böyükdür. Onun hər bölgəsindən olan turistlər fərqli xüsusiyyətlərə malikdirlər. Ona görə də, hər bölgə üzrə ayrıca turizm marşrutları təşkil edilə bilər”.
"Millenium Turizm Konqres DMC” şirkətinin rəhbəri, turizm ekspertiRuslan Quliyevdeyir ki,xidmətin keyfiyyəti gücləndirilməlidir: "Ölkələr arasında viza rejiminin siyasi motivləri var. Eləcə də qardaş ölkə Türkiyə ilə Azərbaycan arasında viza rejiminin aradan qaldırılması hər iki ölkə vətəndaşları üçün müsbət məqam hesab olunur. Bu məqam iki ölkənin iqtisadiyyatına, turizmin inkişafına böyük təsir edəcək. O cümlədən Azərbaycana Türkiyədən turist axını güclənəcək. Bu, həm də Türkiyə sərmayədarlarına Azərbaycanda açıq qapı yaradılması deməkdir. Qardaş ölkənin turistlərini ölkəmizdə qonaq etmək bizim üçün çox xoşdur. Ümumiyyətlə, ölkəyə gələn hər bir turistə fərdi yanaşılmalıdır. Ölkəmizdə ekonom büdcəli otellərin sayını daha da artırmaq lazımdır. Çünki turist axını artdıqca, yerləşdirmə məntəqələrinə böyük ehtiyac yaranır. Turist axını gücləndikcə qiyməti artırmaq olmaz. Bu sahədə sağlam rəqabət formalaşdırılmalıdır. Sahibkarlara bu məsələdə güzəştlər edilməlidir ki, onların fəaliyyəti təşviq edilsin. Bu halda ölkəyə gələn turist də Azərbaycandan məmnun qalacaq. Çünki Türkiyədə turizm böyük inkişaf yolu keçib. Biz öz xidmətlərimizi gücləndirməliyik ki, ölkəyə gələn qonaqları məmnun edə bilək. Öz işimizi elə qurmalıyıq ki, Azərbaycana gələn turist bir neçə dəfə də gəlsin və yaxşı təəssüratla ayrılsın”.

"SKAL
İnternational Baku” klubunun (Səyahət vəTurizmPeşəkarları
Beynəlxalq Assosiasiyası) sədri,turizmüzrə ekspertCeyhun
Aşurov qeyd etdi ki, alternativlərin sayını artırmaq lazımdır: "Sentyabr ayının birindən etibarən Türkiyə
vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələb olunmayacaq: Bu məsələ uzun
müddət müzakirə edilirdi. Əslində türkiyəli vətəndaşlara tətbiq olunan vizanın
məbləği elə də çox deyildi. Amma istənilən halda, bu, turist üçün bir baryer
hesab olunur. Bizim Türkiyəyə qonaq getdiyimiz kimi, türkiyəli turistlər də
Azərbaycana heç bir problem olmadan gələ biləcəklər. Turizm aspektindən bu
məsələ müsbət məqam kimi dəyərləndirilir. Düşünürəm ki, vizanın aradan
qaldırılması ölkəyə gələn turistlərin sayına təsir edəcək. Amma biz bəzi
məqamları indidən nəzərə almalıyıq. Gediş-gəlişdə Azərbaycan Türkiyənin ən
önəmli tərəfdaşlarından biri hesab olunur. Amma Türkiyənin turizm potensialı
çox böyükdür. Biz bundan maksimum yararlanmalıyıq. Ortaq dil, din, mədəniyyət,
adət-ənənələrimizi nəzərə alsaq, deyə bilərəm ki, Türkiyədən Azərbaycana daha
çox qruplar şəklində turist axını olacaq. Amma bu və ya digər səbəblərdən
Azərbaycana quru yollarla gəlmək üçün müəyyən məhdudiyyətlər var. Turistlərin
qrup halında daha çox hava yolları ilə gəlmək imkanı var. Qrup şəklində
Türkiyədən Azərbaycana gələn turistlər üçün bəzi çətinliklər var. Onlar adətən
Gürcüstan vasitəsilə ölkəmizə gələ bilirlər. Hesab edirəm ki, bu sahədə
görüləsi işlər var. Ucuz reyslərin açılışı olarsa, bu sahədə daha ciddi
irəliləyişlər əldə etmək olar. Ölkəyə gələn hər bir turist istehlakçıdır. Ona
görə də, bu sahədə alternativlərin sayı çox olmalıdır. Ölkəyə gələn hər bir
turistə ayrıca diqqət göstərilməlidir. Turizm elə bir sektordur ki, hər gün
yeni dəyişikliklər edilir. Turistlərin diqqətini cəlb etmək üçün hər hansı
özəlliyin olmalıdır. Əks halda, o, seçimini başqa ölkəyə yönəldəcək. Xidmətlər
daha rahat, asan və keyfiyyətli olmalıdır ki, turistlər ölkəmizə səfər etməkdə
maraqlı olsunlar. Ona görə də, hər bir turistin rahatlığını təmin etməliyik. Öz
xidmətimizin keyfiyyətini artırsaq, gələcəkdə turizmin daha dinamik inkişafının
şahidi ola bilərik. Turistlər üçün ən vacib olan təhlükəsizlik, münasib qiymətə
keyfiyyətli xidmətdir. Yalnız bu halda biz turistləri məmnun edə bilərik. Əgər
biz bu sistemi formalaşdırıb keyfiyyətli xidmət göstərə bilsək, özümüzün canlı
reklamını etmiş olacağıq. Qiymətlərin süni surətdə qaldırılmasının qarşısını
almaq üçün alternativlərin sayını artırmaq lazımdır. Həmçinin, sahibkarlıq fəaliyyəti daha da stimullaşdırılmalıdır”.
Şəbnəm Mehdizadə