• cümə, 19 Aprel, 01:41
  • Baku Bakı 18°C

Vitse-spiker: “Eurovision“ təxribatının günahkarları tezliklə üzə çıxacaqlar

23.05.13 12:19 1446
Vitse-spiker: “Eurovision“ təxribatının günahkarları tezliklə üzə çıxacaqlar
"Eurovision" təxribatı məsələsində kim günahkardırsa, tezliklə üzə çıxacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Әsgərov bu məsələnin onun üçün də gözlənilməz və qəribə məsələ olduğunu bildirib:
"Ola bilməz ki, Azərbaycandan Rusiyaya səs verilməsin. Mən dəqiq bilirəm ki, bu səslər olub, ancaq həmin səslər harada itib, necə olub, araşdırılacaq. Bu təxribatın beynəlxalq, yoxsa regional səviyyədə olduğunu da indidən deyə bilmərəm".
Birinci vitse-spiker bildirib ki, "Eurovision" təxribatının araşdırılması ilə bağlı artıq dövlət başçısı tərəfindən müvafiq göstəriş verilib və mütəxəssislər bu məsələ üzərində işləyirlər: "Kim günahkardırsa, tezliklə üzə çıxacaq. Bir onu deyə bilərəm ki, bu məsələdə Azərbaycanın günahı yoxdur və ola da bilməz".
Qeyd edək ki, Azərbaycanı təmsil edən Fərid Məmmədov İsveçin Malmö şəhərində keçirilən "Eurovision 2013" mahnı müsabiqəsində 234 xalla 2-ci olub. Azərbaycana yüksək xallar bu ölkələrdən gəlib: İsrail (12), Avstriya (12), Macarıstan (12), Bolqarıstan (12), Rusiya (12), Malta (12), Yunanıstan (12), Gürcüstan (12), Monteneqro (12), Litva (12), Rumıniya (10), Belarus (10) və Ukrayna (10).
Azərbaycan isə 8 balı Maltaya, 10 balı Gürcüstana, 12 balı Ukraynaya verib.
banner

Oxşar Xəbərlər