• çərşənbə, 24 Aprel, 10:23
  • Baku Bakı 13°C

Vitse-spiker deputatları biabır etdi

25.02.14 13:32 1023
Vitse-spiker deputatları biabır etdi
Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker ilə deputatlar arasında maraqlı olay yaşanıb.
Lent.az-ın verdiyi məlumata görə, vitse- spiker Valeh Ələsgərov ani olaraq çıxışını saxlayıb və zalda bir- birləri ilə danışan deputatlara tamaşa etməyə başlayıb.
Buna baxmayaraq zalda xeyli deputat bunun fərqinə varmayıb və söhbətlərini davam etdiriblər, iclasın gedişini unudublar. Çıxışını kəsərək deputatların zaldakı səs-küyünü izləyən V.Ələsgərov axırda dözməyib atmacaya keçib: “Yaxşı! Siz yerdə rahat pıça- pıçınızı, dedi-qodunuzu edin və qurtaranda mənə deyin, çıxışımı davam etdirərəm. Onsuz da, vacib olan sizin pıça-pıçlarınızdır, iclasın gedişi yox!”.
Bu atmacadan sonra deputatların səs-küyü kəsilib və V.Ələsgərov çıxışına davam edib.
banner

Oxşar Xəbərlər