AZE | RUS | ENG |

Vitse-spiker: Azərbaycan dünyada böyük nüfuz sahibidir

Vitse-spiker: Azərbaycan dünyada böyük nüfuz sahibidir
1993-cü ildə Azərbaycan müstəqilliyini itirmə təhlükəsi ilə qarşı-qarşıya idi, o dövrdə hakimiyyətin xalqın maraqlarına uyğun gəlməyən fəaliyyəti bizi çox çətin vəziyyətə salmışdı.
Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.
B.Muradova bildirib ki, Heydər Əliyevin xalq tərəfindən Bakıya çağrılması düzgün qərar idi: "O qərarı həmin dövrün şərtləri diqtə edirdi. Heydər Əliyev o zaman xalqın səsinə səs verdi, Azərbaycanı o çətin vəziyyətdən, müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuz sahibidir. Biz parlament olaraq beynəlxalq qruplar vasitəsilə beynəlxalq əlaqələrin qurulmasında iştirak edirik, çoxlu sayda dostluq qrupları var. Bu gün Azərbaycan dünya dövlətləri içərisində sayılıb-seçilən ölkədir, parlamentimiz dünya parlament ailəsinin üzvüdür”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933