• cümə axşamı, 25 aprel, 19:17
  • Baku Bakı 21°C

Vitse-admiral Şahin Sultanov və digərlərinin şikayəti üzrə məhkəmənin vaxtı məlum olub

23.09.17 13:30 1392
Vitse-admiral Şahin Sultanov və digərlərinin şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərləri barəsindəki hökmdən apellyasiya şikayətləri və prokurorun verdiyi apellyasiya protesti əsasında məhkəmənin vaxtı məlum olub.
APA-nın xəbərinə görə, apellyasiya şikayətinə sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla, şərti hesab olunub. Digər təqsirləndirilənlər Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə, 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.
Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.
banner

Oxşar Xəbərlər