• çərşənbə axşamı, 23 aprel, 23:47
  • Baku Bakı 20°C

Vitali Kliçko: “Azarovun istefası qələbəyə doğru bir addımdır”

28.01.14 14:23 1102
Vitali Kliçko: “Azarovun istefası qələbəyə doğru bir addımdır”
Nikolay Azarovun istefası qələbəmizə doğru bir addımdır. APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, belə bir bəyanatla UDAR partiyasının lideri Vitali Kliçko çıxış edib.
“Gündəlikdə hökumətin istefası və məsuliyyəti haqda məsələ yer alıb. Əminəm ki, bu təsadüfən deyil. Azarov simasını qorumaq üçün əlindən gələni etdiyini bilir. Artıq neçə aydır deyirik ki, küçədə baş verənlər də hazırki hökumətin fəaliyyətinin nəticəsidir. Bu qələbə deyil, bu qələbəyə doğru bir addımdır”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər