AZE | RUS | ENG |

Vışeqrad qrupu "Şərq Tərəfdaşlığı"nın 10 illiyi münasibətilə bəyanat yayıb

Vışeqrad qrupu
Vışeqrad qrupu bu il mayın 6-da Slovakiyanın sədrliyi çərçivəsində bu qurumun xarici işlər nazirləri və "Şərq Tərəfdaşlığı" ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşünə dair bəyanat yayıb. Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda son 10 il ərzində Şərq Tərəfdaşlığı ölkələrinin əldə etdiyi uğurlar və proqramın icrasının nəticələri, eləcə də növbəti 10 il üçün baxışlar və məqsədlər öz əksini tapıb. Eyni zamanda sənəddə sözügedən proqramın Avropa İttifaqının gündəliyində saxlanılmasının vacibliyi və ortaq fundamental dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə, insan hüquqlarına və demokratiyaya, qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəçiliyə, dayanıqlı inkişaf və bazar iqtisadiyyatına əsaslanan ümumi öhdəliklərə uyğun olaraq unikal Avropa qonşuluq siyasətinin davam etdirilməsinə qarşılıqlı maraq qeyd edilib. Vışeqrad Qrupunun bəyanatında sözügedən qrupa daxil olan ölkələrin bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə birmənalı dəstək verdiyi xüsusilə vurğulanıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815