• cümə axşamı, 28 mart, 19:22
  • Baku Bakı 13°C

“Viruslu Hepatitlərə Yox Deyək!” adlı hepatoloji check-up aksiyasına start verilib

09.07.18 16:59 1238
“Viruslu Hepatitlərə Yox Deyək!” adlı hepatoloji check-up aksiyasına start verilib
Dünya Səhiyyə Assambleyasının 2010-cu il 18 saylı Qərarı ilə 28 iyul Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilmişdir. Bu tarix qlobal ictimai səhiyyə problemi kimi, bütün dünya ölkələrində viruslu hepatitlərə yoluxmaya qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.
Dünyada hepatit B virusuna yoluxmuş xəstələrin sayı təqribən 257 milyon, hepatit C virusuna yoluxanların sayı isə 71 milyon nəfər təşkil edir. Hər il bu xəstəliklərdən 1,4 milyon nəfərə qədər insan dünyasını dəyişir.
70-80% hallarda xronikiləşən hepatit C və xroniki hepatit B xəstəliyi uzun illər klinik simptomlarla özünü büruzə verməyib, gizlin qala bilir. İnsan yaşayır, amma qaraciyərinin tədricən məhv olduğundan xəbərsiz olur. Ona görə virusun vaxtında aşkarlanması insan sağlığının mühafizəsi və digər şəxslərə yoluxmanın qarşısını almaq baxımından çox önəmlidir.
Bu məqsədlə "İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nın sədri Ziba Nəbiyevanın könüllü təşəbbüsü və "German Hospital” klinikasının rəhbəri İlqar Mustafayevin göstərdiyi dəstək və qarşılıqlı əməkdaşlıq çərçivəsində "Viruslu Hepatitlərə Yox Deyək!” adlı hepatoloji check-up aksiyasına start verilir. Aksiya "German Hospital” klinikasında həyata keçirilir. Bu təşəbbüs əhalinin qabaqlayıcı profilaktik müayinə, müalicə və maarifləndirməyə cəlb edilməsinə xidmət edir.
Aksiya daxilində qeyd olunan xidmətlərə yüksək endirim tətbiq etməklə, maya dəyərində olan aşağıdakı qiymətlər təklif olunur:
· USM (Qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq) - 10 AZN
· İFA üsulu ilə Hepatit B virusunun seroloji markerlərinə müayinə - 7 AZN
· İFA üsulu ilə Hepatit C virusunun seroloji markerlərinə müayinə - 7 AZN
· Qanın ümumi analizi - 5 AZN
· Qanın biokimyəvi analizi (ALT, AST, QQT, ALP, Total bilirubin) - 15 AZN (hər biri 3 AZN)
· Qastroenteroloq Dr.Rəşad Həsənovun qəbulu isə ödənişsizdir.
Ümumilikdə, klinika tərəfindən 158 manat məbləğində olan xidmətlər aksiya nəticəsində əhaliyə 44 manata təklif olunur.
Aksiyadan qismən bəhrələnmək istəyənlər isə endirimli qiymətlərlə yalnız Hepatit B və Hepatit C virusunun seroloji markerləri üzrə müayinədən keçə bilərlər.
Beynəlxalq Hepatitlə Mübarizə Gününə həsr olunmuş aksiya 2018-ci il iyul ayının sonuna qədər davam edəcək.
Hepatit C virusu aşkarlanmış insanlar bilməlidirlər ki, bu xəstəlik artıq tam müalicə olunur. Hepatit B və Hepatit Delta virusundan qorunmağın ən etibarlı yolu isə hepatit B əleyhinə peyvənd olunmaqdır.
Sağlamlığınıza dəyər verin! Profilaktik müayinədən vaz keçməyin!
banner

Oxşar Xəbərlər