• cümə axşamı, 28 mart, 19:52
  • Baku Bakı 13°C

“Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub

19.02.18 13:13 557
“Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub
Dünən Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan” layihəsinin ilk təlimi baş tutub. Əməkdar jurnalist Ləman Ələşrəfqızı gənclərə araşdırma texnologiyasından, araşdırma sisteminin işləmə mexanizmindən, araşdırmada cavab axtarılan suallardan və sənədli filmlərin hazırlanma metodologiyasından təlim keçib.
Təlimdə "Sərdar” sənədli filmi nümayiş olunub.
Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə bütün dünyaya çatdırmaqdır. Layihədə "Araşdırma texnologiyası”, "Vikipediya təlimləri”, "Sosial şəbəkələrdən səmərəli istifadə”, "Məqalənin düzgün yazılma qaydaları”, "Təlimçilər üçün təlim” kimi maraqlı mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər, ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaq. Həmçinin, əldə olunan məlumat bazaları vikipedia, tvitter və digər sosial şəbəkələrdə yerləşdiriləcək, öz təsdiqini tapmayan informasiyalar yenilənəcək. İRƏLİ Vikipediya Qrupu azerbaijanhistory.az saytının strukturunun hazırlanması və zənginləşdirilməsi ilə məşğul olacaqlar.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılmasıdır.
banner

Oxşar Xəbərlər