• cümə axşamı, 28 mart, 16:14
  • Baku Bakı 16°C

Violonçelçalan Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək

03.03.17 14:15 968
Violonçelçalan Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək
Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev aprelin 20-də Böyük Britaniyanın Lut şəhərində solo konsert proqramı ilə çıxış edəcək.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat Camal Əliyevin rəsmi saytında yer alıb. Onu fortepianoda Mariya Taraseviç müşayiət edəcək.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub.
banner

Oxşar Xəbərlər