• cümə axşamı, 18 aprel, 06:29
  • Baku Bakı 12°C

Vilyam Vanderer: “Regional əməkdaşlığın qurulmasına dəstək verməyə davam edəcəyik”

23.10.17 14:08 2382
Vilyam Vanderer: “Regional əməkdaşlığın qurulmasına dəstək verməyə davam edəcəyik”
"ABŞ Energetika Departamenti seysmologiya sahəsi üzrə qarşıda duran çətinliklərin həll edilməsi üçün müvafiq ölkələrin qurumları, institutları ilə əməkdaşlıq edir. Məqsədimiz yerli seysmik vəziyyətlərin öyrənilməsinə çalışmaqdır”.
APA-nın xəbərinə görə, bunu ABŞ Energetika Departamenti proqram rəhbəri Vilyam Vanderer Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, infrastrukturun qurulması, insanların rahat yaşayışı və sair üçün birgə işin görülməsi önəmlidir. Proqram rəhbəri qeyd edib ki, milli seysmik mərkəzlər beynəlxalq əməkdaşlıq olmadan öz-özlüyündə ciddi inkişafa nail ola bilməzlər: "Bu gün seysmologiya sahəsində əməkdaşlıq sərhədləri aşaraq beynəlxalq arenaya çatıb. Hər bir ölkənin qarşısında eyni təhlükələr durur ki, bunlara gələcək təhlükələrə hazırlıq potensialı, onların öyrənilməsi, məlumatların işlənməsi və əldə olunanların tikinti, infrastruktur işlərində nəzərə alınmasıdır. Bu istiqamətdə Azərbaycana da lazımi avadanlıqların gətirilməsi, işlədilməsi və digər işlərlə dəstək veririk.
Departament olaraq, biz eyni zamanda Qafqazın və Mərkəzi Asiyanın seysmik xəritələrinin, seysmik monitorinqinin aparılması üçün maliyyə yardımı göstəririk. Məqsədimiz odur ki, alınan məlumatlar əsasında ehtiyacları müəyyən edərək yeni layihələrə başlayaq. Bu yeni layihələr nəticəsində yüksək təhlükələri, əlavə stansiyalar və seysmoqrafların quraşdırılmasını, eyni zamanda alınan məlumatların dəqiqliyini təmin etmək mümkün olacaq. Bunun üçün bizim diqqət yetirdiyimiz əsas məsələlərdən biri də regional əməkdaşlığın təşviqidir. Çünki biz bilirik ki, bu əməkdaşlıq nəyə görə lazımdır. Daha yaxşı mənbədən gələn məlumat daha dolğun olur. Biz gələcəkdə bu məsələlərdə, yəni məlumatların toplanmasında, regional əməkdaşlığın qurulmasında öz dəstəyimizi verməyə davam edəcəyik”.
banner

Oxşar Xəbərlər