• cümə, 29 Mart, 01:34
  • Baku Bakı 7°C

“Vilnüsdə hansı qərarı qəbul etməsindən asılı olmayaraq, Azərbaycanı dəstəkləyəcəyik”

29.11.13 10:46 1257
“Vilnüsdə hansı qərarı qəbul etməsindən asılı olmayaraq, Azərbaycanı dəstəkləyəcəyik”
“Vilnüsdə Azərbaycanın hansı qərarı qəbul etməsindən asılı olmayaraq, Türkiyə Azərbaycanı dəstəkləyəcək”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Azərbaycanın “Şərq Tərəfdaşlığı” sammitində iştirakı ilə əlaqədar sualı cavablandırarkən deyib.
İ.A.Coşkun xatırladıb ki, Türkiyə “soyuq müharibə” zamanı rəqib hərbi blokda olan Rusiya ilə əməkdaşlıq edib və NATO blokunda olmasına baxmayaraq, bu ölkə ilə iqtisadi sahədə sıx əlaqələrə malikdir: “Bu baxımından Avropa Birliyi və Rusiyanın Azərbaycanla öz şərtləri daxilində qurduğu münasibətlərə bütöv halda baxılmalıdır. Azərbaycanın da sahib olduğu potensialla AB və Rusiyaya nələr verə biləcəyi və onlardan nələri ala biləcəyi barədə düşünmək daha doğru olardı. Amma yenə də Azərbaycanın xarici siyasətdə hansı qərarı qəbul edəcəyindən asılı olmayaraq, biz azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.
banner

Oxşar Xəbərlər