• çərşənbə axşamı, 16 aprel, 09:39
  • Baku Bakı 14°C

Viktoriya Nuland azərbaycanlı girovları azad etməyə çağırdı

18.02.15 15:42 1110
Viktoriya Nuland azərbaycanlı girovları azad etməyə çağırdı
ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland ümid etdiyini bildirib ki, yaxın günlərdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində sülh bərqərar ediləcək.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, V.Nuland bu gün Yerevanda keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşlərdə münaqişə zonasında gərginliklə bağlı narahatlığını ifadə etdiyini bildirib.
O qeyd edib: "Biz sülhün bərqərar edilməsini və birbaşa danışıqların aparılmasını istəyirik. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıblar və mən Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərdə heç bir tərəfə fayda verməyən qan tökülməsinə son qoyulmasının zəruriliyini bildirmişəm. Fikrimcə, bu səfər çərçivəsində hər iki paytaxtda tərəqqi əldə edilib və yaxın günlərdə təmas xəttində hərbçilər və onların ailələri naminə sülh bərqərar ediləcək".
Dövlət Departamentinin nümayəndəsi, həmçinin Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb.
banner

Oxşar Xəbərlər