• cümə axşamı, 25 aprel, 20:34
  • Baku Bakı 21°C

Vidal həbs oluna bilər

25.05.18 13:15 752
Vidal həbs oluna bilər
"Bavariya”nın futbolçusu Arturo Vidala qarşı ittiham irəli sürülüb.
Kaspi.az xəbər verir ki, Vidal 2017-ci ildə gecə barında dava salıb. Hadisə Münhenin VİP-klublarından birində baş verib.
"Maynts”la oyundan (4:0) sonra futbolçu qardaşı Sandrino və dostları ilə qələbəni qeyd etmək üçün gecə barına gediblər.
Orda isə başqa bir müştəri ilə mübahisə yaşanıb. Münqaişə zamanı bir nəfərin başından zədə aldığı bildirilir. Ona araq butulkası ilə xəsarət yetirilib.
İttihamlar təsdiqini tapsa, çilili futbolçu həbs oluna bilər. Vidal "Bavariya”da 2015-ci ildən çıxış edir.
banner

Oxşar Xəbərlər