• cümə axşamı, 28 mart, 14:37
  • Baku Bakı 16°C

Vidadi Zeynalov və Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum ediliblər

27.07.17 12:50 1609
Vidadi Zeynalov və Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum ediliblər
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunur.
Hökmə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəriVidadi Zeynalov 13 il,Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoruBeytulla Hüseynov 13 ilmüddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı MəmmədovaNamazalı Məmmədova11 illik cəza verib.
Hökmə əsasən, təqsirləndirilən Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov,Bayram Vəliyevbarəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.
banner

Oxşar Xəbərlər