• cümə, 29 Mart, 10:04
  • Baku Bakı 5°C

Vidadi Rzayev yeni təyinatından danışdı

04.09.13 19:09 2998
Vidadi Rzayev yeni təyinatından danışdı
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Mehman Allahverdiyev "Kəpəz"ə prezident təyin olunması ilə baş məşqçi kreslosunu gözlənilən şəxsə həvalə etdi. Onun ən yaxın həmkarlarından olan Vidadi Rzayev bu postu tutdu. "Kəpəz"in yeni baş məşqçisi müsahibəsində təyinatından danışıb:
"Çempionatın başlamasına az müddət qalıb. Tez bir zamanda komandanı komplektləşdirib çempionata hazır etməliyik. Məşqçinin nəyə qadir olduğunu komandanın çətin vaxtlarında görmək olar. Mən də çalışacam ki, "Kəpəz"i yaxşı yerlərə aparım, yəni əlimdən gələni edəcəm. Gəncədə futbolçu çoxdur, yerli uşaqları toplayıb uğurlu nəticəyə hamımız ümid edirik. Mehman müəllimlə bir yerdə komandanı qalibiyyətlərə daşıya bilərik".
banner

Oxşar Xəbərlər