• çərşənbə, 24 Aprel, 18:55
  • Baku Bakı 23°C

Vidadi Muradov “Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilib

30.12.16 21:24 1151
Vidadi Muradov “Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilib
Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin Sədri Vidadi Muradov "Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub.
ASC-dən Trend-ə verilən məlumata görə, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov xalçaçılıq tarixinə dair bir sıra elmi-fundamental tədqiqatların, monoqrafiyaların, broşürlərin, dərsliklərin, televiziya filmlərinin, həmçinin Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Qazax-Borçalı, Təbriz, Quba, Şirvan qruplarına həsr edilmiş və dünyanın müxtəlif ölkələrində nəşr olunmuş əsərlərin müəllifi, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan "Azərbaycan xalçaları” elmi-publisistik jurnalının təsisçisi və baş redaktorudur.
Tədqiqatçı-alimin rəhbərliyi ilə 2015-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş "Dərbənd xalçaçılığı” elmi-tədqiqat layihəsi həyata keçirilib.
UNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrası tərəfindən dəstəklənmiş layihənin nəticəsi olaraq "Dərbənd xalçaçılığı” ("Дербентское ковроткачество”) monoqrafiyası nəşr edilib.
banner

Oxşar Xəbərlər