AZE | RUS | ENG |

Viaqra öldürürmü?

Viaqra öldürürmü?
Son zamanlar mediada "cinsi gücü artıran dərman içdikdən sonra öldü”  başlığı ilə çox sayda xəbərlər yayılır. Bu cür xəbərlər də hər zaman böyük maraqla oxunur. Hər şeydən öncə onu deyim ki, həm sağlam insanın, həm də ürək-damar xəstəliyi olan bir insanın cinsi əlaqə zamanı infarkt keçirmə riski 1 faizdən azdır. Daha dəqiq desək, 0.9 faizdir. Yəni cinsi əlaqəyə girən hər 1000 insanın sadəcə, 9-u infarkt keçirə bilər. Dünyada meydana gələn infarktların sadəcə, 1 faizinin səbəbi cinsi əlaqədir.   Daha maraqlı olan isə odur ki, ürək-damar xəstəliyi olan insanla sağlam insanın cinsi əlaqə zamanı infarkt keçirmə riskləri eynidir.  Cinsi əlaqə zamanı infarkt adətən ilk iki saat içində keçirilir. Bu riskin də ən çox səbəbi əslində, cinsi əlaqə zamanı ortaya çıxan cinsi gücü sübut eləmək hirsi, psixoloji stress və fiziki fəaliyyət kimi faktorlardır. Hər hansı bir oteldə (yəni yaşadığınız evdə və ya məkanda deyil) cinsi əlaqəyə girənlərdə, yemək və spirtli içki sonrası cinsi əlaqəyə girənlərdə və evlilik xarici (yəni daimi partnyorunuz və ya həyat yoldaşınızla deyil) cinsi əlaqəyə girənlərdə infarkt keçirmə riski daha yüksəkdir. Ona görə də ürək xəstəsisinizsə, cinsi əlaqəni  hər zamankı insanla (həyat yoldaşınızla və ya daimi partnyorunuzla) yaşamağınız məsləhətlidir. Dediyim kimi, başqa insanlarla  cinsi əlaqəyə girmək (yəni evlilik xarici cinsi əlaqə) ürək-damar xəstələrinin ürəyində daha çox gərginliyə səbəb olur.    
 
Qayıdaq  cinsi performansı və ya gücü (burada ereksiya nəzərdə tutulur)  artıran dərman vasitələrinin ölümə səbəb olub-olmadığı mövzusuna.  Cinsi gücü və ya performansı artırmaq məqsədi ilə ən çox istifadə edilən dərmanlar sildenafil, vardenafil və tadalafil kimi preparatlardır.   Bunların arasında ən çox istifadə ediləni isə hamının bildiyi,  əsas tərkib hissəsi sildenafil maddəsi olan məşhur Viaqradır. Onu deyim ki, cinsi gücü artıran bu dərmanlar qan damarlarını genişləndirərək qan təzyiqini bir az aşağı salır. Bu cür dərmanlar ürək damarlarını da  genişləndirərək ürəyin qidalanmasına yaxşı təsir edir. Ayrıca, qanın laxtalanma qabiliyyətini də azaldaraq trombun əmələ gəlməsinin qarşısını  almağa çalışır.  Bu dərmanların bu cür təsirlərinin olması, onların təhlükəli olmayacağını göstərir.  Bu cür dərmanları içib cinsi əlaqəyə girən insanlar arasında infarkt keçirənlər təbii ki, var. Ancaq bu insanların infarkt keçirməsini birbaşa olaraq bu cür dərmanlarla əlaqələndirmək doğru deyil. Çünki cinsi əlaqəyə girməyin özü,  az da olsa infarkta səbəb ola bilir. Ən önəmli fakt da odur ki, aparılan araşdırmalar nəticəsində  ürək-damar xəstəliyiniz olsun və ya  olmasın, cinsi gücü artıran bu cür dərman vasitələrinin birbaşa infarkta səbəb olmadığı ortaya çıxıb. Bunu daha sadə dillə bu şəkildə izah edim: elmi araşdırmalarla bu cür dərmanları içərək cinsi əlaqəyə girən insanlarla bu cür dərmanlardan istifadə etməyib cinsi əlaqəyə girən insanların eyni dərəcə infarkt keçirmə riski daşıdıqları müəyyən edildi. Beləliklə, "cinsi gücü artıran dərman içdikdən sonra öldü” tipli xəbərlər həqiqəti əks etdirmir.  Yalnız  bu cür dərmanlardan istifadəyə başlamadan  öncə stress testi edilməlidir. Əgər stress testi zamanı xəstənin heç bir şikayəti (nəfəs darlığı, sinə ağrısı, göyərmə, təzyiqdə düşmə və s.) olmadan xəstə  müəyyən zaman müddəti boyunca qaça bilirsə, o xəstə həmin dərman maddələrindən istifadə edə bilər. Ancaq bu dərman maddələrini qəbul etməzdən öncə kardioloqla mütləq məsləhətləşmək lazımdır. Çünki ürək xəstəliklərinin müalicəsi zamanı qəbul edilən bəzi dərmanlarla bu dərmanların istifadə müddəti arasında ən azı  24 saat fərq olmalıdır.
 
Son söz:  Cinsi əlaqəyə rahat və yorğun olmadığınız bir anda, daimi partnyorunuz və ya həyat yoldaşınızla, evinizdə və ya daimi məkanınızda, mümkün olduqca yeməkdən 2-3 saat sonra və spirtli içki qəbul etmədən girin. Cinsi əlaqəyə səhər və ya axşam, heç fərq etməz, günün istənilən vaxtında cinsi girmək olar. Mediada yayılan bəzi xəbərlərin əksinə, cinsi gücü artıran dərman vasitələri, xüsusi ilə də ən çox istifadə edilən Viaqra infarkta və ya ürək dayanmasına səbəb olmur. Ürək-damar xəstəliyi olan insanlar bu dərmanlardan istifadə edə bilərlər. 

Yalçın Velibey
Kardioloji Uzmanı
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000