• cümə axşamı, 18 aprel, 06:30
  • Baku Bakı 12°C

VI Qlobal Bakı Forumunun hesabatının təqdimatı olub

04.05.18 20:51 695
VI Qlobal Bakı Forumunun hesabatının təqdimatı olub
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş VI Qlobal Bakı Forumunun mayın 4-da hesabatının təqdimatı olub. Əvvəlcə tədbirdə Forumla bağlı qısametrajlı film nümayiş etdirilib.
AZƏRTACxəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Viktor Yuşşenko VI Qlobal Bakı Forumunda müzakirə edilən mövzuların əhəmiyyətindən danışıb. Forumun adından da göründüyü kimi, qlobal məsələləri əhatə etdiyini deyən V.Yuşşenko tədbirdə rəsmi şəxslərin, diplomatların, ictimai-siyasi xadimlərin iştirakı ilə bir sıra beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə edildiyini vurğulayıb.
Mərkəzin İdarə Heyətinin üzvü bu gün hərbi münaqişələrin narahatlıq doğurduğunu bildirib, onların həllinin, təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib ki, bu gün müasir dünyanız bir sıra problemlərlə üz-üzədir. Qlobal Bakı Forumu kimi beynəlxalq platformalar həmin problemlərin müzakirəsi baxımından çox önəmlidir. Bu gün üzləşdiyimiz münaqişələr, terrorizm, insan alveri kimi problemlər dünya ictimaiyyətini daha çox narahat edir.
Tədbirdə VI Qlobal Bakı Forumunun hazırlıq işlərində Mərkəzə göstərdikləri dəstəyə və əməkdaşlığa görə İordaniyanın, Böyük Britaniyanın, İtaliyanın, Türkiyənin, eləcə də BMT-nin koordinasiya ofisinin səfirlərinə təşəkkürnamələr təqdim edilib.
banner

Oxşar Xəbərlər