• cümə axşamı, 28 mart, 19:45
  • Baku Bakı 13°C

“VI Bakı Koreya dili Natiqlik müsabiqəsi”ndə BDU tələbəsi qalib olub

22.10.16 18:19 1266
“VI Bakı Koreya dili Natiqlik müsabiqəsi”ndə BDU tələbəsi qalib olub
Bu gün Bakı Dövlət Universitetində Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyunun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə "VI Bakı Koreya dili Natiqlik müsabiqəsi” keçirilib. BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə rektor, akademik Abel Məhərrəmov BDU-nun beynəlxalq əlaqələrindən, Koreya universitetləri ilə birgə layihələrdən bəhs edib.
Universitetdə koreya dili və ədəbiyyatı fənlərinin tədris edildiyini deyən rektor bu illər ərzində 6 buraxılış üzrə 48 məzun hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, ötən müddət ərzində bir çox uğurlu layihələrə imza atılıb, Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə BDU-da "Koreya mədəniyyəti üzrə Viktorina 2016”, Koreya Mədəniyyəti Günü, artıq altıncı dəfədir ki, "Bakı Koreya dili Natiqlik müsabiqəsi” kimi tədbirlər baş tutub.
"VI Bakı Koreya dili Natiqlik müsabiqəsi” haqqında danışan səfir Kim Çanq-gyu BDU ilə Koreya universitetləri arasında əlaqələrin inkişafına maraqlı olduğunu, universitetin tələbə və müəllimlərinə dəstək olmağa davam edəcəklərini bildirib.
Müsabiqə iştirakçılarının təqdimatından sonra nəticələr elan edilib. Nəticələrə görə 1-ci və 3-cü yerləri Bakı Dövlət Universitetinin tələbələri Fərəh Yaqublu və Könül Babayeva, 2-ci yeri isə Azərbaycan Dillər Universitetinin tələbəsi Fəridə Aydayeva tutub.
Müsabiqə iştirakçıları, eyni zamanda, Koreya Yaradıcılıq Müsabiqəsində seçilmiş əsərlərin sərgisinə baxış keçirib, Koreya Mətbəxi ilə tanış olublar.
banner

Oxşar Xəbərlər