AZE | RUS | ENG |

VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatıb

VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatıb
"Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu oktyabrın 26-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Forumun Bəyannaməsi qəbul edilib.
Foruma yekun vuran mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, iki gün davam edən beynəlxalq tədbirdə 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Forumda müasir dünyamızı narahat edən vacib məsələlər müzakirə edilib. Beynəlxalq tədbirdə dinlənilən bütün məruzələr çap olunacaq.
Qeyd edilib ki, Forumda BMT baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin iqtisadi və sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak ediblər. Tədbirə, həmçinin Sudanın vitse-prezidenti, Rusiya və Slovakiyanın Baş nazirlərinin müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin başçıları, çoxsaylı şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılıblar.
Prezident İlham Əliyevin Forumun açılışında söylədiyi nitqin çox böyük maraq doğurduğunu söyləyən nazir bildirib ki, iştirakçılar xüsusilə Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə geniş məlumatlar əldə ediblər. Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edib.
VI Bakı Beynəlxalq Humanitar Forumunda çox ciddi məsələlərin müzakirə edildiyini söyləyən Ə.Qarayev deyib ki, ümumilikdə 2 gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib. Forum gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayıb. İki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yolları araşdırılıb.
Nazir vurğulayıb ki, Forumda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə də toxunulub, bütün iştirakçılar birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyiblər.
Ə.Qarayev deyib ki, bu il "Bakı Prosesi”nin 10 illiyidir. Bu proses müxtəlif mədəniyyətləri vahid bir platforma ətrafında birləşdirməyi bacarıb. Bu təşəbbüs dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən dəstəklənir. "Bakı Prosesi”nin uğurlu olmasını rəqəmlər də sübut edir. Ötən müddət ərzində bu proses çərçivəsində təşkil olunan tədbirlərə 170-dən çox ölkə qatılıb. Bu, bir daha göstərir ki, Bakı dünyanı düşündürən məsələlərin müzakirə edildiyi vahid məkana çevrilməkdədir.
Bütün qonaqlara minnətdarlığını bildirən nazir onları gələn il keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178