• şənbə, 27 Aprel, 01:26
  • Baku Bakı 14°C

Vəzifəli şəxsin evinə silahlı basqın, həyat yoldaşı öldürüldü

14.08.13 16:00 1400
Vəzifəli şəxsin evinə silahlı basqın, həyat yoldaşı öldürüldü
Bu gün Abşeron rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon polis Şöbəsindən verilən məlumata görə, naməlum şəxs və ya şəxslər Dadaşov Aqil İsaq oğluna məxsus olan və Hökməli qəsəbəsində yerləşən evə soxulublar.
Onlar mənzildə olan ev sahibinin həyat yoldaşı, 1955-ci il təvəllüdlü Dadaşova Elmira Xəlil qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriblər.
Lent.az-ın məlumatına görə, qətlə yetirilmiş E.Dadaşovanın həyat yoldaşı Aqil Dadaşov Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavinidir. Vesti.az-ın məlumatına görə, hadisəni törətmiş şəxs və ya şəxslər mənzilə tamah məqsədi ilə daxil olublar və evdə kimsənin olmasını bilməyiblər.
Qeyd edək ki, A. Dadaşov jurnalistdir. O, uzun illər “Bakı” – “Baku” qəzetlərində çalışıb, “Ülfət” qəzetinin baş redaktoru olub.
banner

Oxşar Xəbərlər