“Veysəloğlu” Şirkətlər Qrupunda çalışanların yarıdan çoxu gənclərdir
Bu gün "Veysəloğlu” şirkətlər qrupunda çalışan 17-34
yaş aralığında olan işçilər 77% təşkil edir. Şirkət əməkdaşlarının 61.5%-i isə
17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, şirkətlər
qrupunda çalışan əməkdaşların yarıdan çoxu gənclərdir. Özünün 25 illik fəaliyyətində
şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edib. Bu səbəbdən
də gənclərimiz karyerasını bu şirkətdən başlamağa üstünlük verirlər. Belə ki, "Veysəloğlu”
şirkətlər qrupu işçi heyyətin bilik və bacarığının, peşəkar səviyyəsinin
artırılmasına daim böyük əhəmiyyət verir, bunun üçün ölkə daxilində və xaricdə
kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.
Şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək
bal ilə qəbul olmuş işçilərnin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə,
eyni zamanda əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil
alan övladlarının təhsil almalarına da daim yardımçıdır.
Xatırladaq ki, 2 fevral ümumrespublika Gənclər
günüdür. Azərbaycan Respublikasının "Gənclər siyasəti haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may
2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14–29 yaşlarında hesab
edilir.