• cümə, 29 Mart, 06:18
  • Baku Bakı 5°C

“Veysəloğlu” Şirkətlər Qrupu ucqar dağ kəndlərində məktəbliləri sevindirdi

18.09.18 15:19 458
“Veysəloğlu” Şirkətlər Qrupu ucqar dağ kəndlərində məktəbliləri sevindirdi
"Veysəloğlu” Şirkətlər Qrupu yeni tədris ili ərəfəsində ölkənin ucqar dağ kəndlərində yaşayan ailələrlə görüşlər keçirib, onların məktəbli övladlarının qayğıları ilə maraqlanıb.
Şirkətlər Qrupundan verilən məlumata görə, əməkdaşlar özünün Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi çərçivəsində İsmayıllı rayonunun 2 ucqar dağ kəndi olan Köhnədaxar və Yuxarı Qaraqaya gedərək, burada yaşayan məktəbli uşaqlara çanta və məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edib.
Qeyd edək ki, "Veysəloğlu” Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif layihələr həyata keçirir və təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.
banner

Oxşar Xəbərlər