“Veysəloğlu” rəhbərliyi tələbələrlə görüşüb - Fotolar
Cari ilin 15 sentyabr tarixində "Veysəloğlu”
Şirkətində əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını
qazanan övladları ilə şirkət rəhbərliyi arasında görüş keçirilib. Görüşdə şirkət rəhbərliyi yüksək bal
toplayaraq ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə
uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər əldə etməyi,
savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı övlad olmağı arzulayıb.
Tədbir zamanı həmçinin şirkət əməkdaşları
və övladları ölkəmizdə təhsilə verilən qiymət, yaradılan şərait üçün ölkə rəhbərliyinə
minnətdarlığını bildirib, öz növbəsində şirkət rəhbərliyi tərəfindən də göstərilən
diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, "Veysəloğlu” Şirkətinin 9
nəfər əməkdaşının övladı 2016-2017 təhsil ili üçün ali təhsil müəssisələrinə qəbul
imtahanlarından uğurla keçərək ölkəmizin müxtəlif ali məktəblərinə qəbul
olublar. Onlar qazandıqları yüksək nəticəyə görə, "Veysəloğlu” Tələbə Təqaüd
Proqramının İştirakçısı olmaq haqqını qazanıblar. Belə ki, şirkət əməkdaşlarının
ali məktəbələrə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları
ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcəkdir.
Bundan başqa 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar
verilib.
Xatırladaq ki, "Veysəloğlu” Şirkətlər Qrupu 2013-cü ildən etibarən "Veysəloğlu
Tələbə Təqaüd Proqramı”nı (VTTP) həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən
şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul
olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir.