Veysəloğlu Qrup “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə sponsor oldu
Veysəloğlu
Şirkətlər Qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) siyasəti çərçivəsində
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
dəstəyi ilə reallaşan "Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə dəstək oldu.
Bu
il layihənin sponsorlar sırasına Veysəloğlu Şirkətlər Qrupu da qoşularaq
onlarla şagirdin ali təhsil almaq arzusunu reallaşdırmasına dəstək olacaq. Bu
günə qədər layihədən 300-ə yaxın gənc yararlanıb, gənclərin əksəriyyəti
hal-hazırda müxtəlif yerli ali təhsil məktəblərində ödənişsiz əsaslar ilə təhsil
almaqdadır.
Layihənin
əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin
həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə
yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər
qazandırmaqdır. Layihənin coğrafiyasına Bakının 5 rayonu (Binəqədi, Xətai,
Sabunçu, Suraxanı və Qaradağ) və paytaxtdan kənarda yerləşən 5 regionu (Ağdaş,
Kürdəmir, Salyan, Ucar və Yevlax) daxildir.
Qeyd
edək ki, 5 mərhələli seçim prosesinə ərizə formalarının qiymətləndirilməsi,
sınaq imtahanı, gənclərin müsahibə yolu ilə dəyərləndirilməsi, bir aylıq
sınaq dərsləri və namizədlərin ailələrinə səfər daxildir.
Layihənin
komandası və könüllüləri Bakı şəhərində seçim prosesinin iki mərhələsini
tamamlayıblar: layihənin Bakı şəhərində əhatə etdiyi 5 rayonunda (Binəqədi, Xətai,
Sabunçu, Suraxanı və Qaradağ) yerləşən 172 məktəbdən ümumilikdə 1533 şagird
anket doldurub və sınaq imtahanında iştirak edib. Sınaq imtahanı Binəqədi
rayonundan olan məktəblilər üçün 8 aprel, Qaradağ, Sabunçu, Suraxanı və Xətai
rayon məktəbliləri üçün isə 29 aprel 2018-ci il tarixində keçirilmişdir.
Layihəyə
seçilmiş gənclər ali məktəblərə daxil olmaq üçün bir il ərzində müxtəlif
inkişafetdirici tədbirlərdə iştirak edəcəklər. Layihənin növbəti 5-ci ili üçün
seçim prosesi cari ilin avqust ayında yekunlaşacaq.
Cari
ilin aprel ayından etibarən "Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi növbəti
5-ci ilində iştirak edəcək gənclərin seçimlərinə başladı.n Layihə ilə bağlı
daha ətralı məlumatla layihənin rəsmi internet səhifəsində tanış ola bilərsiniz:
www.geleceyiniqur.az