• çərşənbə, 17 Aprel, 02:37
  • Baku Bakı 14°C

Veteranlarımız Azərbaycan Ordusunu qətiyyətlə dəstəkləyirlər

15.07.20 10:30 466
Veteranlarımız Azərbaycan Ordusunu qətiyyətlə dəstəkləyirlər
İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki döyüşlər davam etməkdədir. Ermənistan tərəfinin başlatdığı təxribata cavab olaraq, Azərbaycan Ordusu düşmənin darmadağın edilməsi istiqamətində konkret addımlar atır. Görülən tədbirlər nəticəsində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən artıq itkilərini etiraf etməyə başlayıb.
AZƏRTACxəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatına qətiyyətlə cavab verdiyini, veteranlarımızın ordumuzu və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi qətiyyətlə dəstəklədiklərini vurğulayan C.Xəlilov deyib: "Sevindirici haldır ki, dövlətimiz üçün bu çətin məqamda bütün xalqımız ölkə başçımız və Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirir. Biz veteranlar ordumuza dəstək verməyə, işğal altındakı torpaqları azad etmək üçün hər cür fədakarlıq sərgiləməyə, döyüş təcrübəmizi gənc hərbçilərlə bölüşməyə, onlarla çiyin-çiyinə doğma Vətənin müdafiəsinə qalxmağa hazırıq”.
Polkovnik mövcud vəziyyətin həssaslığını nəzərə alaraq bütün vətəndaşlarımızı sosial şəbəkələrdə diqqətli olmağa, yalnız rəsmi mənbələrə istinad edən məlumatlara inanmağa səsləyib. Unutmaq olmaz ki, media və ya sosial şəbəkələrdə dezinformasiya xarakterli hər hansı bir məlumatın yer alması ictimai rəydə çaşqınlığa səbəb ola, düşmənin informasiya hücumu üçün əlverişli materiala çevrilə bilər.
"Şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, ordumuza yeni-yeni uğurlar arzulayıram. Bir daha bildirirəm ki, biz veteranlar hər an əldə silah Vətənin müdafiəçilərinin sırasına qoşulmağa hazırıq”, - deyə C.Xəlilov vurğulayıb.
banner

Oxşar Xəbərlər