• şənbə, 27 Aprel, 04:27
  • Baku Bakı 14°C

Veteran futbolçu Maşallah Əhmədovun cinayət işi yenidən ibtidai istintaqa qaytarıldı

29.08.16 15:59 786
Veteran futbolçu Maşallah Əhmədovun cinayət işi yenidən ibtidai istintaqa qaytarıldı
Veteran futbolçu, dələduzluqda təqsirləndirilən Maşallah Əhmədovun cinayət işi yenidən ibtidai istintaqa qaytarılıb.
Trend-in məlumatına görə, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar verib.
Xatırladaq ki, M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Binəqədi rayon məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib və o, ev dustaqlığına buraxılıb.
banner

Oxşar Xəbərlər