• cümə axşamı, 25 aprel, 02:03
  • Baku Bakı 19°C

Vətənpərvərlik hissi zəif olanlar yad dini ideologiyaların təsirinə məruz qalır

22.06.18 13:45 443
Vətənpərvərlik hissi zəif olanlar yad dini ideologiyaların təsirinə məruz qalır
Vətənpərvərlik hissi zəif olanlar yad dini ideologiyaların təsirinə məruz qalır və təhlükəli şəxslərə çevrilir.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
S.Heydərov bildirib ki, Azərbaycan Ordusunda mənəvi-psixoloji durum çox yüksəkdir:"Psixoloji durumun gücləndirilməsində milli-mənəvi dəyərlərin böyük rolu var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrlə sıx iş birliyi var. Bütün qüvvəmizi səfərbər edərək orduda vətənpərvərlik hissinin gücləndirilməsinə çalışırıq. Fəxrlə deyə bilərik ki, xüsusilə gənclərimiz arasına vətənpərvərlik hissi yüksək səviyyədədir və bunun daha da gücləndirilməsinə ehtiyac var”.
O qeyd edib ki, vətənpərvərlik hissi zəif olan insanlar yad dini ideologiyaların təsirinə məruz qalır və cəmiyyətimiz üçün təhlükəli şəxslərə çevrilir.
banner

Oxşar Xəbərlər