Vətənpərvər Məmmədəli-Örnək
Məqsədi təhsil aldığı, səyahət etdiyi bütün ölkələrdə
Azərbaycan haqqında məlumatlar verməkdir. Bu günə qədər 30-dan çox ölkənin
nümayəndəsinə ölkəmizlə bağlı təqdimatlar verib. Deyir ki, insan təkcə təhsil
aldığı ölkədə deyil, hər yerdə rastlaşdığı bütün əcnəbilərə vətəni haqqında
danışmalı və ölkəsini tanıtmalıdır.
Müsahibimiz Rusiyada yaşayan Məmmədəli Həsənovdur. O, Xalqlar Dostluğu Universitetində təhsil alır. 15 il bu ölkədə yaşasa da, ürəyi hər zaman Azərbaycanla döyünüb: "Mən insanlarla ünsiyyətdə olmağı çox sevirəm. Rusiyada ölkəmizi çox yaxşı tanıyırlar. Amma inkişaf etmiş ölkələrdən olan tələbələr adını bilsələr də, ölkə haqqında heç bir məlumatları yoxdur. Bu səbəbdən qərar verdim ki, Azərbaycan haqqında prezentasiyalar hazırlayım. Mədəniyyətimiz, musiqilərimiz, mətbəximiz, tariximiz haqqında geniş məlumat verməyə başladım. Ruslar da daha çox Bakını tanıyırlar. Mən Bakıdan əlavə, bölgələrimizlə də bağlı məlumatlar verirəm. Hətta bir yəhudi qrup yoldaşım qışda Azərbaycana getməyi planlaşdırır”.
Məmmədəli deyir ki, əcnəbilər daha çox milli mətbəximizi
bəyənirlər: "Mətbəximiz, rəqslərimizlə çox maraqlanırlar. Mən hələ elə insanla
rastlaşmamışam ki, bizim yeməkləri bəyənməsin. Çətin olsa da, dolma bişirib, təqdimata
aparmışdım. Azərbaycan paxlavalarını, Şəki halvasını alıb onlara daddırdım. Mətbəximizə
vurulublar. Şəkini, Qəbələni görmək üçün səbirsizlənirlər”.
Məmmədəli deyir ki, tək anasının himayəsində böyüyüb
və vətən, insan sevgisini ona anası aşılayıb: "Biz Rusiyada iki bacım və anamla
qalmışdıq. Məktəbdə oxuyurkən, orada qaradərili sinif yoldaşlarım da var idi.
Bu mənə qəribə gəlirdi. Anam həmişə öyrədirdi ki, irqindən, cinsindən asılı
olmayaraq insanlara hörmət etməyi bacar. Anam çox vətənpərvərdir. Rusiyada
yaşamağımıza baxmayaraq, Azərbaycan haqqında o qədər məlumatlar verirdi ki, vətənimizi
demək olar ki, qarış-qarış tanıyırdım. Mən Azərbaycana 12 ildən sonra gəlmişəm.
Anam deyirdi ki, həmişə öz ölkəniz haqqında fəxrlə məlumat verməyi bacarın. Mənə
elə gəlir ki, o vaxt anamın beynimizə yeritdiyi fikirlər indi öz işini görür.
Düşünürəm ki, vətənpərvərlik tək tərbiyədən irəli gəlmir, əslində insan vətənpərvər
olmur, doğulur. Mən də vətənpərvər ruhda doğulanların sırasındayam və buna görə
çox xoşbəxtəm”.
Aygün ƏZİZ
Müsahibimiz Rusiyada yaşayan Məmmədəli Həsənovdur. O, Xalqlar Dostluğu Universitetində təhsil alır. 15 il bu ölkədə yaşasa da, ürəyi hər zaman Azərbaycanla döyünüb: "Mən insanlarla ünsiyyətdə olmağı çox sevirəm. Rusiyada ölkəmizi çox yaxşı tanıyırlar. Amma inkişaf etmiş ölkələrdən olan tələbələr adını bilsələr də, ölkə haqqında heç bir məlumatları yoxdur. Bu səbəbdən qərar verdim ki, Azərbaycan haqqında prezentasiyalar hazırlayım. Mədəniyyətimiz, musiqilərimiz, mətbəximiz, tariximiz haqqında geniş məlumat verməyə başladım. Ruslar da daha çox Bakını tanıyırlar. Mən Bakıdan əlavə, bölgələrimizlə də bağlı məlumatlar verirəm. Hətta bir yəhudi qrup yoldaşım qışda Azərbaycana getməyi planlaşdırır”.
"30-dan çox ölkə
nümayəndəsinə Azərbaycan haqqında danışdım”
Məmmədəli deyir ki, əcnəbi tələbələr müsəlman ölkəsi
olduğumuzu biləndə, bizi İran kimi qapalı təsəvvür edirlər: "Ölkəmizin təbiətini,
gözəlliklərini şəkillərlə göstərməyə çalışıram. Müsəlman ölkəsi olub,
açıqfikirli, sərbəst geyimdə olduğumuzu görəndə təəccüblənirlər. Mən də video şəklində
göstərir, tolerant ölkə olduğumuzu vurğulayıram. İndiyə qədər 30-dan çox ölkənin
nümayəndələrinə Azərbaycan haqqında məlumatlar vermişəm. Slovakiya, Sloveniya,
Çexiya, İran, İraq, Amerika, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, hətta türklərin
özünə də məlumat vermişəm”.
"Dolma bişirsəm də,
paxlavaları pulla alıram”
Müsahibimiz deyir ki, əslində dərslərdə öz ölkən
haqqında deyil, digər ölkələrin mədəniyyətləri haqqında danışmalısan. Lakin Məmmədəli
tapdığı ilk fürsətdə ölkəmizi tanıtmaq üçün çalışır: "Düzünü desəm, hamı öz ölkəsi
haqqında prezentasiya hazırlamır. Məsələn, hansısa ölkənin mədəniyyəti haqqında
dərs keçirik, mən hər dəfə Azərbaycanla əlaqələndirirəm. Onların verdiyi dərsdən
iki dəqiqə danışıram və keçirəm Azərbaycanla bağlı məlumat verməyə. Bunu fürsət
bilirəm. Nəinki tələbələr, müəllimlər də bəyənir. Mənim fürsətdən istifadə edib
ölkəm haqqında məlumat verməyim müəllimlərə də xoş gəlir və yüksək qiymət
verirlər. Rusiyada həm oxuyur, həm də işləyirəm. Aldığım maaşın 20 faizini təqdimatlara
xərcləyirəm. Çünki orada oyunlar keçirir, ölkəmizlə bağlı suvenirlər hədiyyə
edirəm. Yuxarıda qeyd etdiyim kimi, dolmanı bişirsəm də, paxlavaları pulla
alıram”.
"Əcnəbilərin
telefonunda bizim mahnılar var”
Məmmədəli tez-tez xaricə səyahət edir. Deyir ki, fərqli
ölkələrdə də ilk fürsətdə ölkəmizlə bağlı məlumat verir: "Bacardığım qədər məlumat
vermək istəyirəm. Hətta yanımda kimsə dayananda, haralı olduğu ilə bağlı söhbət
açıb yenə Azərbaycan haqqında danışmağa fürsət tapıram. Adi küçədə belə gedəndə
Azərbaycan haqqında kiməsə danışmağı çox sevirəm. Azərbaycan musiqisi ilə bağlı
məlumat verməyə, insanlara dinlətməyə çalışıram. Bizim insanlar köhnə müğənnilər
haqqında məlumat verirlər, amma yeni müğənnilərimizdən də danışmaq lazımdır.
Flora Kərimova haqqında məlumat verir, səsinə qulaq asdırıram. Tək Müslüm
Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarovanın mahnılarını göstərmirəm,
çalışıram ki, yeni mahnılarımızla bağlı məlumat verim. Hətta qrup yoldaşlarımın
telefonunda Aygün Kazımova, Faiq Ağayevin mahnıları var. Düşünürəm ki, sadəcə,
xaricə tək təhsillə bağlı gəlmək düzgün deyil, həm də ölkəni tanıtmalısan. Xaricdəki
insanların "Azərbaycan Qafqaz ölkəsidir” fikrindən başqa fikirləri yoxdur. Mən
nəinki onlara məlumat verirəm, çalışıram ki, turist kimi Azərbaycana gəlsinlər.
Mənim səylərim nəticəsində kimsə ölkəmizə gəlib tanımaq istəyəndə özümü xoşbəxt
hiss edirəm. İstəyirəm ki, Azərbaycana görüb tanısınlar, bilsinlər ki, ölkəmiz
gözəllikdə tanınmış ölkələri belə keçir. Məqsədimə çatanda çox xoşbəxt oluram”.
"Azərbaycanın rənglərindən
ötrü burnumun ucu göynəyir”
Məmmədəli Bakı Slavyan Universitetində təhsil alarkən
həm də xeyriyyəçiliklə məşğul olub. Deyir ki, fərqli ölkədə Azərbaycan üçün çox
darıxır və xeyriyyəçiliklə məşğul olmaq istəyir: "Daha çox Azərbaycanda təbiət
rənglərindən ötrü burnumun ucu göynəyir. Azərbaycandakı sevgi dolu insanlar,
qayğıkeşlik burada yoxdur. Ən əsası, burada xeyriyyə işi görməkdən ötrü
darıxıram. Biz tələbələrlə universitetdə oxuyarkən xeyriyyəçiliklə məşğul olurduq.
Bəzən həmin şəkillərə baxıb kədərlənirəm. Azərbaycandakı doğmalardan ötrü
darıxıram. Uşaq vaxtı atamla anam ayrıldı. Atamız bizi tərk etdi. Mən ata
hissinin nə olduğunu, o qayğını heç vaxt bilmədim. Ona görə düşündüm ki,
xeyriyyəçiliklə məşğul olum və atamdan görmədiyim qayğını ehtiyacı olan
uşaqlara göstərim. Beləliklə, bu layihə o qədər böyüdü ki, daha çox insana kömək
edə bildim. Ətrafıma 2000-ə yaxın tələbə toplaşdı. Tələbə olduğumuza görə öz
pulumuz çox olmurdu, amma köməkləşib yığırdıq. Elə vaxtlar olurdu ki, valideynlər
də bu qrupa qoşulurdu. Əsasən, qəflətən xəstəliyə düçar olan, təhsil haqqını ödəyə
bilməyən tələbələrə müəyyən dərəcədə köməklik göstərirdik”.
"İnsan vətənpərvər
olmur, doğulur”
Aygün ƏZİZ