• cümə, 29 Mart, 16:27
  • Baku Bakı 14°C

“Vətənin müdafiəsinə hazıram!” devizi ilə kütləvi tədbir

15.02.19 15:23 507
“Vətənin müdafiəsinə hazıram!” devizi ilə kütləvi tədbir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu ilə birgə Qobustanda "Vətənin müdafiəsinə hazıram!” devizi ilə kütləvi tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Orta məktəblərin yuxarı sinif şagirdlərinin, gənclərin, ictimaiyyətin iştirakı ilə Qobustan rayon Gənclər Mərkəzində davam etdirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədov çıxış edərək görüşün məqsədi haqqında ətraflı danışıb. Bildirib ki, bu kimi tədbirlərdə müstəqil dövlətçiliyimizin əsas atributlarından olan Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlər, güclü ordu quruculuğu prosesinin əhəmiyyəti ictimaiyyətin diqqətinə çatdırılır. Bundan əlavə "Vətənin müdafiəsinə hazıram!” devizi ilə kütləvi tədbir qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək məqsədi daşıyır.
Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov respublikamızda gənclər siyasətinin səmərəli nəticələrinə toxunub.
Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Məharət Əkbərov gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülmüş işlərdən danışıb. Bu gün keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və "İrəli” İctimai Birliyininbaş katibi ŞahinRəhmanlı son illər gənclərdə hərbi peşəyə marağın artdığına diqqət çəkiblər.
Şəhid ailələrinin üzvləri, müharibə veteranları onlara göstərilən dövlət qayğısından danışaraq, gənc nəslin nümayəndələrinə Vətən uğrunda canından keçən oğul və qızlardan nümunə götürməyi tövsiyə ediblər.
Tədbirdə şəhid ailələrinin üzvlərinə, gənclərin çağırışaqədər hazırlığı fənnini tədris edən müəllimlərə, eləcə də bu dərslərdə fəal iştirak edən şagirdlərə təltiflər təqdim olunub.
Sonda hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və rayonun özfəaliyyət kollektivlərinin üzvləri bədii proqramla çıxış ediblər.
banner

Oxşar Xəbərlər