• şənbə, 20 Aprel, 14:18
  • Baku Bakı 23°C

Vətənə xidmət müqəddəs borcdur Fotolar

03.04.14 15:50 1825
Vətənə xidmət müqəddəs borcdur Fotolar
Gəncədə həqiqi hərbi xidmətə çağırışla bağlı təntənəli mərasim keçirilib. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov, ziyalılar, ağsaqqallar, veteranlar, valideynlər və gənclər iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsinin rəisi, mayor Əjdər Babazadə çıxış edərək bildirib ki, bu gün Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə qadir güclü ordusu var. Azərbaycanın Silahlı Qüvvələri nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından biri sayılır. Ölkə başçısının tapşırığına uyğun olaraq, bütün sahələrdə olduğu kimi, ordumuzda da son elmi-texniki yeniliklər tətbiq edilir. Hərbi mütəxəssislərin hazırlanmasına, ordu quruculuğunun inkişaf etdirilməsinə, gənclərə xüsusi diqqət və qayğı göstərdiyinə görə qədim Gəncənin gəncləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirir və gənclərə uğurlar arzulayıram.
Çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Kəpəz və Nizami rayon Veteranlar şuralarının sədrləri Yusif Məmmədov, Tofiq Hüseynov, SSRİ Silahlı Qüvvələrinin veteranı Kərəm Həsənov, valideynlər Qaragöz Qurbanova, Bahar Əsədova, Fərid Vəliyev, Mehparə Həsənova ordu sıralarına yola düşən bütün gənclərimizin onlara göstərilən diqqət və qayğını layiqincə doğruldacaqlarına, Vətənimizə şərəflə xidmət edəcəklərinə, şanlı ənənələrimizi sədaqətlə yaşadacaqlarına inandıqlarını qeyd edib, onlara müvəffəqiyyətlər arzulayıblar.
Gənclər adından çıxış edən Fərid Vəliyev ordu sıralarına xidmətə yollandığı üçün özümü xoşbəxt saydığını, Vətənə sədaqətlə xidmət edərək, doğma yurduna alnıaçıq qayıdacağını bildirib.
Qeyd edək ki, Gəncə şəhər Kəpəz rayonundan 40 nəfərdən çox hərbi xidmətə yola salınan gənclər Fövqəladə Hallar, Daxili Qoşunlar və Sərhəd Qoşunları hissələrində xidmət edəcəklər.Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər