• çərşənbə, 24 Aprel, 15:38
  • Baku Bakı 27°C

Vətənə xəyanət nümunəsi - Leyla Yunus

13.03.19 20:50 1152
Vətənə xəyanət nümunəsi - Leyla Yunus
Azərbaycana düşmən kəsilən və bəzən düşmənlə işbirliyinə gedən insanlar hər zaman olub. Hətta onlar özlərinin bu xain əməllərinə haqq qazandırmağa da çalışıblar və bəhanələrini səbəb kimi cəmiyyətə sırımağa çalışıblar. Lakin Azərbaycan xalqı hər zaman sapı özümümüzdən olan baltaların kimliyini, hansı məqsədlərə xidmət etdiyini birmənalı şəkildə görüb, bilir. Necə ki, Azərbaycan cəmiyyətinə Leyla Yunus və onun məqsədləri barədə hər şey bəllidir.
"
Demokratiya”, "insan haqları” adı altında pərdələnən Leyla Yunusun əsas məqsədinin küllü miqdarda pul qazanmaq olduğu sübutlarla ortadadır. "Siyasi məhbus” adı alıtnda alver etməsi də onun necə bir "hüquq müdafiəçisi” olduğunu göstərdi. Amma bütün bunlarla yanaşı, L.Yunusun erməni sevdalısı olduğu da hər kəsə məlumdur və zaman-zaman yalan dolu fikirləri ilə Azərbaycan xalqının guya ermənilərə qarşı tolerant olmadığını müxtəlif tədbirlərdə səsləndirib. Bir sözlə, L.Yunus ermənidən daha çox erməni olub. Bu günlərdə Avropada keçirilən tədbirdə L.Yunusa istinadən səsləndirilən fikirlər bunu bir daha təsdiqləmiş oldu.
Belə ki, Avropa Parlamentinin binasında ''Ermənifobiya: Tarix və bu günün yenidən aktuallaşan məsələsi'' mövzusunda tədbir keçirilib. Təbii ki, tədbirin mövzusu guya ermənilərin azərbaycanlılar tərəfindən sıxışdırılması və əzilməsi ilə bağlı olub. Ermənilər burada Leyla Yunusdan sitat gətirərək öz fikirlərini gücləndirmək istəyiblər. Onlar L.Yunusun "Azərbaycanda 10 yaşlı uşaqlar xristianların azərbaycanlıların düşməni olduğuna və ermənilərin qara geyimli inancsız insanlar olduğuna inanmağa təhrik edilir” fikrini sitat kimi veriblər. Özü də onun bu fikirləri ''Azərbaycan təhsilinin ayrılmaz hissəsi olan Ermənistan'' başlıqlı təqdimatda göstərilib. Özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunusun kimləri və nəyi müdafiə etdiyi beləcə bir daha aydın olur.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirdi ki, Leyla Yunus o qədər yaramaz biridir və boya-başa çatdığı Azərbaycana qarşı o dərəcədə əks mövqedədir ki, məlum aqressiyanın, kin-küdurətin səbəbini anlamaq olmur: "Üstəlik, bu adam hər mərhələdə, həyatının hər dönəmində bənzər mövqe sərgiləyib. Təsəvvür edin, hələ 1992-ci ildə Müdafiə Nazirliyində informatika və analitika şöbəsinin rəsi işləyərkən yenicə baş vermiş Xocalı soyqırımı haqqında informasiyaları təkzib edən, eyni zamanda həlak olan insanların sayını dəfələrlə azaltmağa çalışan və nəhayət həmin dövrün qaynar informasiya müharibəsində erməniyə açıqca və birmənalı dəstək verən insan məhz Leyla Yunus olub”.
E.Musayev vurğuladı ki, o dönəmdə Qarabağda keçirilən tədbirlərin birində ermənicə son dərəcə sərbəst danışan, fəqət Azərbaycan dilinə gəldikdə, "mən bu dillə yalnız söyüş söyə bilirəm” kəlməsini də dilinə gətirən adam Leyla Yunus olub: "Bundan o tərəfə nə var ki? Bundan o yana ləyaqətsizlik etmək mümkündürmü? Ona görə həmin anti-milli məxluqun Avropa Parlamentində təşkil olunan "Ermənifobiya: Tarix və bu günün yenidən aktuallaşan məsələsi” panelindəki xüsusi çıxışını təəccüblə qarşılamadım. Kimsə də qarşılamasın. Çünki Leyla Yunusun mahiyyəti, xisləti budur. Adamn genetik erməni bağlılığı var və demək ki, həmin genetika əsl gerçəyi, ədaləti, azərbaycanlı-erməni qarşıdurması fonunda faktiki reallığı inkar etmək gücündədir. İnsan nə qədər abırsız, həyasız olmalıdır ki, guya tərəfimizdən 10 yaşlı uşaqların xristianlığa qarşı təhrik edildiyini söyləsin? Azərbaycanlı, müsəlman olan kəs bu sözü dilinə gətirərmi? Təbii, yox. Leyla nəyinsə qısasını alır. Amma bilinmir nəyin. Dövlət və millət düşməni olan bu adam türmədə yatanda ilan dili çıxarırdı, məktublar ünvanlayırdı, guya səhvini anladığını bildirirdi, imdad diləyirdi, saxta xəstəliyi ilə imitasiya edirdi. Sonda öz vəkili də mətbuat konfransı keçirib dedi ki, bu adam saxtakardır, xalq düşmənidir. Hətta vəkil onunla olan münasibətlərdən sonra necə şokda idisə, Leylanın ifşası haqda kitab belə yazdı, sonra həmin kitabın təqdimatını keçirdi. Əlqrərəz, Leyla Yunus kimi vətən xainlərindən hər pislik, hər yamanlıq gözləməyə dəyər. Bu cür xainlərin cavabı daim verilməlidr. Belələrinə kim olduqlarını davamlı şəkildə xatırlatmaq lazımdır”.
Hüquq müdafiəçisi Sahib Məmmədov Avropa Parlamentindəki toplantıya toxunaraq qeyd etdi ki, da L.Yunusun burada cəfəng fikirləri yer alıb: "Guya Azərbaycanda 10 yaşına qədər uşaqları ermənilərə, o cümlədən xristianlara nifrət ruhunda tərbiyə edilir və bu, dərs vəsaitlərinə salınıb. Leyla Yunus hələ Azərbaycanda olanda, Milli Məclisdə Avropa Şurasının sosial komitəsinin ümumi toplantısında çıxışında ermənilərə özünü göstərdi ki, bizim dərsliklərdə ermənilərə nifrət aşılanır, ancaq erməni dərslikləri barədə bir kəlmə belə danışmadı. O zaman təhsil naziri Misir Mərdanov idi, o da həmin toplantıda iştirak edirdi, dedi ki, bizim dərsliklərdə belə bir şey yoxdur, istəsəniz, komissiya yaradılsın, Azərbaycanla Ermənistanın dərslikləri analiz edilsin, görək kim nə yazır? Onda Leyla Yunus hay-küy saldı. Onu qeyd edim ki, Leyla Yunus bu mövzunu daim gündəmdə saxlayır, rəfiqəsi Laura Bağdasaryanla birgə saytları da var, hər zaman Azərbaycana qarşı böhtanlar yağdırır, guya azərbaycanlıların ermənilərə nifrət etməsi ilə bağlı propaqanda maşını var və sair. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi əməlləri Leyla Yunus azərbaycanlıların üstünə yıxır. Avropa Parlamentindəki toplantıda da ənənəvi bəyanatla çıxış edib”.
S.Məmmədov hesab edir ki, separatçı satqın Fəxrəddin Abbaszadənin tutulub gətirilməsi Haaqada separatçı qrupun, Çexiyada ermənipərəst PİN təşkilatına bağlı olan şəbəkənin, Əkrəm Əylislinin, Leyla Yunusun fəallaşmasına səbəb olub: "Əlikram Hümbətov da Ermənistan KİV-lərində Fəxrəddin Abbaszadə ilə bağlı bədnam bəyanatla çıxış elədi, Azərbaycanda Contact.az saytı və "Azadlıq” qəzetinin elektron versiyası Əlikrama yumşaq münasibətlə bunu yayımladı, Hollandiyada yaşayan siyasi mühacir kimi təqdim etdi. Vaxtilə Norveçin Azərbaycanda səfiri olmuş Steynar Gil yazını paylaşıb, Azərbaycanı ittiham edib. Özünü guya Azərbaycanda demokratiyanın dostu kimi tanıdırdı, müxalifətlə isti münasibətləri vardı. Maraqlıdır ki, indiki məqamda ermənipərəst qüvvələrin qarayaxma kampaniyasının fokusunda Azərbaycanın xristianlığa qarşı olduğu əsas götürülüb. Halbuki Azərbaycan bir nömrəli tolerant ölkələrdəndir, konfensiyalararası barışın mərkəzidir. Təəssüf ki, hədyanlar yayırlar, bunun üçün Əkrəm Əylisli, Leyla Yunus, Arif Yunus, Styenar Gil kimi adamlardan istifadə edirlər”.

B.MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər