• cümə axşamı, 25 aprel, 03:06
  • Baku Bakı 19°C

Vətəndaşlığın ləğvi ilə bağlı presedent qərar qəbul edilib

17.10.18 10:30 522
Vətəndaşlığın ləğvi ilə bağlı presedent qərar qəbul edilib
Avstriya İnzibati Məhkəməsi sonuncu instansiyada ikili vətəndaşlığı olanlar üçün mühüm qərar verib.
AZƏRTACAvstriya mətbuatına istinadla xəbər verir ki, ikili vətəndaşlığa (Türkiyə və Avstriya) sahib olan bir şəxs Avstriya vətəndaşlığı Zaltsburq Əyalət Hökuməti tərəfindən ləğv edildikdən sonra müxtəlif məhkəmə instansiyalarına şikayət etmişdi. Əyalət İnzibati Məhkəməsinin ardından Federal İnzibati Məhkəmə də qərarı qüvvədə saxlamaqla ikili vətəndaşlığa sahib 30 minədək insan üçün presedent qərar verib. Belə ki, ötən ilin payızında Avstriyada əcnəbilərə qarşı mənfi mövqeyi ilə tanınan sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) koalisiyalı hökumətə daxil olduqdan sonra ikili vətəndaşlığa malik şəxslərin müəyyənləşdirilməsinə başlayıb. Türkiyədə seçici siyahıları əsasında 29 602 nəfərin məlumatlarını toplayan FPÖ əldə etdiyi siyahını müvafiq yerli qurumlara təqdim edib. İkili vətəndaşlığın qadağan olduğu Avstriyada ən yüksək instansiya məhkəməsinin konkret bir halda qəbul etdiyi yekun qərar digər şəxslərlə bağlı da oxşar addımlar atılacağını istisna etmir.
Avstriya vətəndaşlığı ləğv edilən həmin şəxs ölkədə yaşayış hüququnu itirməsə də, yenidən Avstriya vətəndaşlığını əldə etmək üçün Türkiyə vətəndaşlığından imtina etməlidir.
banner

Oxşar Xəbərlər