Vətəndaşların qəbulu və müraciətlərinə baxılması
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası növbəti iclasını keçirib.
Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
vurğulayıb ki, xidmət sahələrində vətəndaş məmnunluğuna nail olunması Prezident
cənab İlham Əliyevin dövlət qurumları qarşısında müəyyən etdiyi
vəzifələrdəndir. Bu vəzifəyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin fəaliyyətində vətəndaş müraciətlərinə diqqət və qayğı ilə
yanaşılmasına, onların müraciətlərində qaldırılan məsələlərin qanunvericilik
çərçivəsində obyektiv və ədalətli həllinin təmin olunmasına xüsusi diqqət
yetirilir.
Nazir
qeyd edib ki, hər iş günü nazirliyin qəbul otağında vətəndaşların qəbulu həyata
keçirilir. Həmçinin təsdiq edilmiş müvafiq qəbul cədvəlləri əsasında nazir və
nazirliyin digər rəhbər vəzifəli şəxsləri tərəfindən nazirlikdə və bölgələrdə
vətəndaşlar fərdi qaydada qəbul olunurlar. Digər tərəfdən, vətəndaşların
nazirliyə müraciət imkanları genişlənib, onlar öz müraciətlərini poçt
vasitəsilə məktub yazaraq, 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq, yaxud
[email protected] elektron ünvana, yaxud nazirliyin sosial şəbəkələrdəki
səhifələrinə edə bilərlər. Bütün müraciətlər operativ və obyektiv cavablandırılır.
İclasda
vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahəsində görülən
işlər, onların nəticələri müzakirə olunub.
İclasda
ayrı-ayrı sahələr üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu
Kitabçalarına dəyişiklik edilməsi məsələləri də nəzərdən keçirilib. Bir sıra
sahələr üzrə qulluqçu vəzifələrin Vahid
Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi qərara alınıb.