• cümə, 26 Aprel, 21:36
  • Baku Bakı 22°C

Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər

23.03.20 22:45 417
Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər
Azərbaycan Hava Yolları ilə 10 minə yaxın vətəndaşımızın ölkəmizə təxliyəsi həyata keçirilib. Bu kimi təxliyənin həyata keçirilməsi böyük koordinasiya tələb edir. Vətəndaşlarımızın bir toplama məntəqəsinə gətirilməsi, təyyarədə gigiyenik qaydalara riayət edilməsi özündə kompleks tədbirləri ehtiva edir.
AZƏRTACxəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi qeyd edib ki, hər bir vətəndaşımızın öz ölkəsinə gəlmək hüququ var və dövlətimiz də bu çətin şəraitdə vətəndaşlarımızın gətirilməsi üçün zəruri tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin qayğısı nəticəsində 10 minə yaxın vətəndaşımızın təxliyəsi həyata keçirilib. Azərbaycan dövləti vətəndaşlarının yanındadır. Vətəndaşlarımız da olduqları xarici ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər.
banner

Oxşar Xəbərlər