• çərşənbə, 24 Aprel, 18:46
  • Baku Bakı 23°C

Vətəndaşlardan müraciət: imtahanların sayı artırılsın

09.12.14 17:10 1124
Vətəndaşlardan müraciət: imtahanların sayı artırılsın
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Sabirabad şəhərində vətəndaşlarla görüş keçirib.
Komissiyadan Lent.az-a verilən məlumata görə, qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayon və Şirvan şəhər sakinləri və həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Görüş zamanı vətəndaşlar Komissiya sədrinə 2015-ci ildə keçiriləcək qəbul imtahanlarında nəzərdə tutulmuş dəyişikliklər, o cümlədən qabiliyyət imtahanlarının keçirilmə qaydaları və tətbiq olunmuş yeniliklər, buraxılış imtanları, orta ixtisas təhsili müəssisələrinə qəbul və s. məsələlər barədə müraciətlər etmiş və regionlarda keçiriləcək sınaq imtahanlarının sayının artırılmasını təklif ediblər.
Görüşdən sonra TQDK-nın sədri Sabirabad, Saatlı və Hacıqabul rayonlarının təhsil şöbələrinin müdirləri ilə görüş keçirmiş və həmin rayonların məzunlarının 2014-cü ildə qəbul və buraxılış imtahanlarında göstərdikləri nəticələr müzakirə olunub.
banner

Oxşar Xəbərlər