AZE | RUS | ENG |

Vətəndaşlar elektron imza vəsiqəsini daha asan alacaqlar

Vətəndaşlar elektron imza vəsiqəsini daha asan alacaqlar
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirirlər ki, elektron imza vəsiqəsinin alınması prosedurlarına yeniliklər edilib

Bundan sonra Azərbaycanda istənilən vətəndaş elektron imza vəsiqəsini daha asan qaydada əldə edə biləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda elektron imza vəsiqəsinin alınması prosedurlarına yeniliklər edilərək daha da sadələşdirilir. Bu məqsədlə nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən elektron ərizə proqram məhsulu hazırlanıb. Bu proqramın köməyi ilə istənilən vətəndaş artıq internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Hazırda da hər bir vətəndaş, dövlət hakimiyyəti orqanı və hüquqi şəxslərin səlahiyyətli nümayəndəsi bütün respublika ərazisini əhatə edən Qeydiyyat mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı ala bilir. Amma birbaşa Qeydiyyat mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı əldə etmək üçün Bakı şəhərində minimum 3 gün, regionlarda isə 7 gün vaxt lazımdır. Bu vaxtın əsas hissəsi istifadəçi ərizələrinin Sertifikat Xidmət mərkəzlərinə, hazır məhsulların isə vətəndaşlara çatdırılmasına sərf olunur. Yenilik isə istifadəçilərə xidmət keyfiyyətini yüksəltmək, vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916