AZE | RUS | ENG |

Vətəndaşlar elektron imza vəsiqəsini daha asan alacaqlar

Vətəndaşlar elektron imza vəsiqəsini daha asan alacaqlar
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirirlər ki, elektron imza vəsiqəsinin alınması prosedurlarına yeniliklər edilib

Bundan sonra Azərbaycanda istənilən vətəndaş elektron imza vəsiqəsini daha asan qaydada əldə edə biləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda elektron imza vəsiqəsinin alınması prosedurlarına yeniliklər edilərək daha da sadələşdirilir.

Bu məqsədlə nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən elektron ərizə proqram məhsulu hazırlanıb. Bu proqramın köməyi ilə istənilən vətəndaş artıq internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər.

Hazırda da hər bir vətəndaş, dövlət hakimiyyəti orqanı və hüquqi şəxslərin səlahiyyətli nümayəndəsi bütün respublika ərazisini əhatə edən Qeydiyyat mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı ala bilir. Amma birbaşa Qeydiyyat mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı əldə etmək üçün Bakı şəhərində minimum 3 gün, regionlarda isə 7 gün vaxt lazımdır.

Bu vaxtın əsas hissəsi istifadəçi ərizələrinin Sertifikat Xidmət mərkəzlərinə, hazır məhsulların isə vətəndaşlara çatdırılmasına sərf olunur.

Yenilik isə istifadəçilərə xidmət keyfiyyətini yüksəltmək, vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alacaq.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962