• çərşənbə axşamı, 16 aprel, 23:20
  • Baku Bakı 18°C

Vətən müharibəsindən zərər çəkənlərə və yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir

03.12.20 10:07 395
Vətən müharibəsindən zərər çəkənlərə və yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir
Reabilitasiya Müəssisələrində müharibədən zərər çəkənlərə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Lənkəran, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində də Vətən müharibəsində yaralanmış hərbçilərimizə sosial-psixoloji xidmətlər göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiə NazirliyindənAPA-ya bildirilib ki, həmçinin sosial-psixoloji xidmətlərə ehtiyac duyan müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, onların yaxınları, cəbhəyanı bölgələrdə yaşayan əlilliyi olan şəxslər bu xidmətlərlə təmin edilirlər.
Xidmətlər reabilitasiya müəssisələrində böyüklər və uşaqlar üçün hazırlanmış xüsusi sosial-psixoloji dəstək proqramı əsasında həyata keçirilir. Proqrama uyğun olaraq diaqnostika, vəziyyətin dəyərləndirilməsi, psixokorreskiya işinin təşkili, monitorinq və digər müvafiq xidmətlər təşkil edilir.

banner

Oxşar Xəbərlər