• cümə, 19 Aprel, 22:28
  • Baku Bakı 24°C

"Vətən Müharibəsi ərazi bütövlüyümüzün bərpa olunması ilə başa çatacaq"

29.09.20 15:30 405
"Vətən Müharibəsi ərazi bütövlüyümüzün bərpa olunması ilə başa çatacaq"
"Sentyabrın 27-də Ermənistan növbəti təxribata əl atıb”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında keçirilən 8-ci növbədənkənar qurultayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.
Ə. Vəliyev deyib ki, Ali Baş Komandanın qəbul etdiyi qərara uyğun olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb, bir sıra ərazilər işğaldan azad edilib. Azad edilən torpaqlarda uzun illər bu bərəkətli torpaqları murdarlayan işğalçıların qanı tökülüb. Eyni zamanda bizim şəhidlərimiz var: "Bütövlükdə Azərbaycan xalqı qələbəyə köklənib, Ali Baş Komandanın yanındadır. Azərbaycanda qeydə alınan 52 partiyadan 50-si Ali Baş Komandanın yanında olduqları barədə bəyanat qəbul etdi. QHT-lər, ziyalılar, dini konfessiyalar da Ali Baş Komandanın yanında olduqlarını bəyan etdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də dünən bəyanat verib”.
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, uzun illərdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmurdu: "Prezident son vaxtlar dəfələrlə Ermənistan rəhbərliyinə xəbərdarlıq edirdi ki, bu təxribatlardan əl çəkməsiniz, qeyd-şərtsiz torpaqlarımızı azad etməsiniz, bu, sizin üçün yaxşı qurtarmayacaq. Bu həqiqət bu gün gerçəkləşir. Azərbaycan xalqı inanır ki, bu Vətən Müharibəsi Azərbaycanın uzun illər gözlədiyi ərazi bütövlüyünün bərpa olunması, haqq-ədalətlə başa çatacaq. Bu yöndə bu gün gecə və gündüz döyüşdə olan əsgərlərimizə, zabitlərimizə uca Tanrıdan uğurlar arzu edək”.
banner

Oxşar Xəbərlər