• çərşənbə, 24 Aprel, 03:23
  • Baku Bakı 14°C

Vergilər Nazirliyi yeni iş prinsiplərini açıqlayacaq

05.02.18 12:30 689
Vergilər Nazirliyi yeni iş prinsiplərini açıqlayacaq
Gələn həftəVergilər Nazirliyiyeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.
Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və digər məsələlərləbağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.
banner

Oxşar Xəbərlər